OSI Modeli

OSI (Open System Interconnection) – Qarşılıqlı əlaqəli açıq sistem modelidir və müasir kompüter şəbəkələrinin əsasını təşkil edir. 1983-cü ildə Beynalxalq standartlaşma institutu tərəfindən yaradılmışdır. OSI modeli açıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edərək, sistemin müxtəlif əlaqə səviyyələrini təyin edir, onlara standart adlar verərək hər bir səviyyədə hansı funksiyanı yerinə yetirməsini göstərir.

Proqram və təchizat istehsalçıları bu modeldə təsvir olunan qaydalar çərçivəsində məhsulları istehsal edirlər və satışda olan məhsullar buna görə bir-biri ilə uyğunlaşa bilirlər. OSI modeli aparatların iş funksiyasını anlamaq və açıqlamaq üçün istifadə olunur. Məsələn, hub dediyimiz cihazlar gələn məlumatı sadəcə müəyyən elektrik siqnalları şəklində görən və bu siqnalları çoxaldıb, digər portlarına göndərən bir cihazdır. Bu hub-ların fiziki (1- ci səviyyə) səviyyəda çalışan cihazlar olduğunu göstərir. Ancaq switch (sviç) adlanan cihazlar iki səviyyəda çalışırlar. Çünki 2-ci səviyyəda təsvir olunan MAC adresləri anlaya bilirlər və bir portdan gələn məlumat paketini (yenə elektrik siqnalları halında) sadəcə lazım olan porta (o portdakı kompüterin MAC adresini bildiyi üçün) yollaya bilirlər. Bəzən yönləşdiriciləri (router) olan üç səviyyəda işləyə bilən cihazlar ilə qarşılaşacaqsınız. Bu cihazlar bir az daha irəli gedib, 3-cü səviyyəda məlumat paketinə əlavə olunan IP adres kimi məlumatları da oxuya bilirlər. OSI modelinin ən üst səviyyəından yola çıxan məlumata (məsələn, A hərfi, bir rəsm, bir səs faylı v.s.) hər səviyyədə o səviyyə ilə bağlı bəzi əlavələr olunduqdan sonra bir alt səviyyəyə ötürülür.

OSI modelinin səviyyələri

OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür.

  1. Fiziki səviyyə (Physical səviyyəer)
  2. Kanal səviyyəsi (Data Link)
  3. Şəbəkə səviyyəsi (Network səviyyəer)
  4. Nəqliyyat səviyyəsi (Transport səviyyəer)
  5. Seans səviyyəsi (Session səviyyəer)
  6. Təqdimetmə səviyyəsi (Prezentation səviyyəer)
  7. Tətbiqi səviyyə (Application Səviyyəer)

Fiziki səviyyə – fiziki əlaqə kanalında informasiyanın (bitlərin) ötürülməsi ilə xarakterizə olunur. Fiziki əlaqə kanalı kimi, koaksal kabel, burulmuş qoşa kabel, optovalokon kabel və s. nəzərdə tutulur. Bu səviyyədə elektrik siqnallarının, məsələn gərginlik və ya cərəyanın ötürülmə siqnallarının səviyyəsi, kodlaşdırma tipi, siqnalların ötürülmə sürəti və s. təyin edilir.

 

Kanal səviyyəsi – funksiyası rabitə kanalında giriş-çıxış informasiyasının idarəsindən ibarətdir. Bu səviyyədə ötürülmə mühiti, səhvlər təyin edilir və səhvlərin düzəlişi yoxlanılır. Bunun üçün informasiya bitləri kadrlarda (frame) qruplaşdırılır. Kanal səviyyəsi hər bir kadrın düzgunlüyünü təyin edir. Kadrların yoxlayıcı cəmini hesablayaraq onu hər bir kadrın sonuna   əlavə   edir.   Qəbuledicidə   yoxlayıcı    cəm    hesablanır.    Onlar    eyni olduqda informasiya qəbul edilir. Səhvlər təyin edildikdə isə ötürmə təkrar icra olunur.

 

Şəbəkə səviyyəsi – bir necə şəbəkəni birləşdirən vahid nəqliyyat sisteminin yaradılmasına xidmət edir. Şəbəkə səviyyəsi xəbərlərin ötürülməsində düzgün istiqamətin seçilməsini təmin edir. Şəbəkələr öz aralarında marşrutizator (router) adlanan xüsusi qurğu vasitəsi ilə birləşdirilir. Marşrutizator şəbəkələr arası əlaqələrin topologiyası haqqında informasiyanı yığaraq onun əsasında paketləri təyin olunmuş şəbəkəyə göndərir. Xəbəri bir şəbəkədən (ötürücudən) digər şəbəkəyə (qəbulediciyə) göndərilməsi üçün şəbəkələr arası müəyyən miqdar tranzit ötürmələrdən (hop-siçrayış) istifadə edilir. Bu zaman hər dəfə müvafiq marşrut seçilir. Beləliklə, ümumi marşrut paketlərin keçdiyi marşrutizatorların ardıcıllığından ibarət olur. Daha optimal yolun seçilməsi marşrutlaşdırma adlanır və onun həlli şəbəkə səviyyəsinin əsas məsələlərindən biridir. Çox zaman marşrutun seçilmə kriteriyası kimi verilənlərin ötürmə vaxtı qəbul edilir. Bu isə kanalın buraxma qabiliyyəti və trafikin intensivliyindən asılı olur. Şəbəkə səviyyəsi müxtəlif texnologiyaların uyğunlaşması, böyük şəbəkələrin ünvanlarının sadələşdirilməsi kimi məsələləri də həll edir. Şəbəkə səviyyəsində xəbər paket adlanır. Bu zaman qəbul edənin ünvanını böyük hissəsi – şəbəkənin nömrəsi və həmin şəbəkədəki qovşağın nömrəsindən ibarət olur. Eyni şəbəkənin bütün qovşaqlarının ünvanlarının böyük hissəsi eyni olmalıdır. Şəbəkə səviyyəsində 2 tip protokollar təyin edilir:

  • Şəbəkə protokolları paketlərin şəbəkələrdə hərəkətini həyata keçirir
  • Marşrutlaşdırma protokolların  köməyi  ilə  marşrutizatorlar (roterlər) şəbəkələrarası birləşmələrin topologiyası haqqında informasiya yığırlar.

Nəqliyyat səviyyəsi – tətbiqi və seans səviyyələrinə verilənlərin tələb olunan etibarlı dərəcədə ötürülməsini təmin edir. Bu məqsədlə şəbəkə proqram təminatının nəqliyyat obyektləri ötürülən obyektdəki məlumatları paketləşdirir və qəbuledici obyektdə həmin paketlərdən məlumatı çıxarır. Bundan əlavə nəqliyyat səviyyəsi müxtəlif şəbəkə səviyyələrini uyğunlaşdırır.

 

Seans səviyyəsi – dialoqun idarə edilməsini təmin edir, cari anda aktiv tərəfi qeyd edir, sinxronlaşdırma vasitələrini təqdim edir. Bu səviyyənin funksiyası tətbiqi səviyyə ilə birləşmişdir. Rabitə seansı təşkil olunduqda digər obyektə daxil olmaq üçün aşağı obyektin səlahiyyəti yoxlanılır. Bu səviyyə bir neçə xidmət siniflərinə (A, B, C və D) malikdir.

 

Təqdimetmə səviyyəsi – informasiyanın məzmununu dəyişdirmədən onun təsvir olunma formasını təyin edir. Bu səviyyənin vasitəsi ilə bir sistemin tətbiqi səviyyəsindən

 

digər sistemin tətbiqi səviyyəsinə informasiyanın təqdim edilməsi aydın formada olur. Beləliklə təqdimetmə səviyyəsi verilənlərin mübadiləsi üçün eyni sintaksis seçir. Təqdimetmə səviyyəsi tətbiqi səviyyədə olan obyektlərə (istifadəçi və proqramlar) ötürülən informasiyanın çevrilmə (şirifləmək, sıxmaq, şifri aydınlaşdırmaq) üsullarını göstərir.

 

Tətbiqi səviyyə – bu səviyyəyə istifadəçinin fayllara, printerlərə, hipermətnli Veb səhifələrə və s. müraciətini təmin edən protokollar aid edilir.

Qəbul edən kompüter məlumat paketini alt səviyyədan üst səviyyələra doğru ötürür. Hər bir səviyyə qarşı tərəfdə əlavə olunmuş həmin səviyyənin məlumatını oxuyur və pozur. Özünə aid məlumatı təmizləyib paketi bir üst səviyyəa ötürür. Modelə görə hər bir səviyyə özündən əlavə üç səviyyə ilə işləyir. Bu üç səviyyə alt və üst səviyyələr və qarşı tərəfdəki eyni səviyyədir. Məsələn, Transport səviyyəsindaki TCP protokolu, təbii olaraq bir üst səviyyədən aldığı məlumatı bir alt səviyyəa ötürür (məlumat göndərilməsi) və ya alt səviyyədən gələn məlumatı üst səviyyəyə ötürür. Ancaq gələn məlumat paketləri əksikdirsə, təkrar göndərilməsi lazım olan məlumat paketini qarşı tərəfdəki eyni səviyyəyə bildirmə vəzifəsini də yerinə yetirir.

OSİ Modelində istifadə olunan protokollar

Aşağıda OSI modelində istifadə olunan protokolların adları verilmişdir

ARP, BGP, DNS, EIGRP, FTP, HTTP, ICMP, IMAP, IP, NAT, OSPF, POP3, PPP, RIP, SMTP, TCP, TFTP, UDP…

Biz daha çox TCP/IP modeli ilə işləyəcəyik. Elə ona görə də protokolların TCP modelinə görə uyğunlaşmasını görəcəyik.

 

İndi isə bu protokollar haqqında:

  • DNS (Domain Name Server) – Hər bir internet səhifəsinin özünə məxsus IP addresi var (məs az – 60.212.252.44) və bu server və ya protokol hər bir səhifəyə uyğun IP addresini özündə saxlayır.
  • BOOTP — adsız (IP adresi olmayan) kompüterlərə öz IP adresini tapmağa kömək edir ancaq indi bu protokol əvəzinə DHCP protokolunu istifadə
  • SMTP – Elektron poçt göndərmə protokolu (Simple Mail Transfer Protocol), bir e-mail göndərmək üçün, qəbul edən ilə göndərən kompüter arasındakı əlaqə şəklini hazırlayan Sadəcə e-mail göndərmək üçün istifadə olunur.
  • POP3 ya da IMAP — E-mail qəbul etmək üçün istifadə
  • FTP (File Transfer Protocol) — hər hansı bir məlumat toplusunu – ASCII, EBCDIC, və binary – şəbəkənin bir kompüterindən digərinə çatdırılmasında istifadə
  • TFTP — FTP protokolunun ilkin ve daha bəsit formasıdır.
  • HTTP (Hypertext Transfer Protokol) – Ortaq istifadə olunan böyük məlumat hiperşəraitində istifadə olunan əlaqələndirmə
  • UDP və TCP – ikisidə Transport səviyyəsində istifadə olunan göndərmə protokollarıdır. (
  • IP — şəbəkə üzərində bir –biri ilə əlaqə quran maşınların adressləridir.
  • ARP (Adress Resolution Protocol) — Şəbəkədə məlumatın bir maşından digərinə göndərilməsi üçün IP və onların maşın addresi (MAC address) lazımdır. Bu protokol hansi IP–nin hansi MAC adressə uyğun olduğunu tapır.
  • NAT (Network Adress Translation) — Private adreslərin Public adreslərə tərcüməsini yerinə
  • ICMP (Internet Control Message Protocol) — kontrol protokoludur və əsasən xəta (error ) mesajlarına nəzarət (məs: ping ve traceroute kommandları)
  • RIP, OSPF, EIGRP, BGP — marşutizasiya protokollarıdır və routerlerin birbirini avtomatik olaraq tanıması üçün istifadə
  • PPP (Point to Point Protocol) — Adından da göründüyü kimi iki nöqtəni birbirinə bağlamaq üçün istifadə Kompüteri İnternetə bağlamaq üçün istifadə olunan bir yöntəmdir.
  • ETHERNET — Kompüterlərin bir şəbəkəyə bağlanması üçün istifadə olunan kartlar ve onlara məxsus MAC adreslər bu protokola

 

 

Dostlarla Paylaş ↓

You may also like...