İSNS və İSCSİ

İSNS

İSNS – TCP/İP şəbəkəsində avtomatik şəkildə olaraq iscsi və fiber kanal qurğularının aşkar edilməsinə, idarə edilməsinə və tənzimlənməsinə imkan yaradır. Məsələn, İSCSİ şəbəkəsində yararlı olan targetləri (hədəfləri) tapır.

FİBRE CHANNEL

Fibre Channel – Fibre Channel storage qurğuları ilə İSCSİ storage qurğuları demək olar ki, eynidir. Lakin, Fibre Channel FİBRE CHANNEL HBA adaoteri tələb edir.

İSCSİ

İSCSİ – bir İP əsaslı şəbəkə protokoludur, komputer ilə storage arasında əlaqə yaradır və idarə edir. 3260 N-li TCP portundan istifadə edir. Şəbəkə üzərindən məlumat transferini asanlaşdırmaq, həmçinin uzun məsafələrdə bu storageləri idarə etmək üçün istifadə olunur. Bir misal deyək, məsələn, serverin var və yer yoxdur, yəni HDD-ların dolub, amma storagedə yer var, biz storage-i fiber optic cabel və iscsi vasitəsilə serverı qoşuruq, sən iscsi vasitəsilə storagedə olan HDD-ni serverdə qoşuluymuş kimi görə bilirsən. Yəni Storage-dəki HDD serverdə göstərilir. Yəni, İSCSİ ilə storage diskləri sanki komputerlərdə imiş kimi bir vəziyyət yaradan sistem olur.

Müəllif: Ayşən Nəbizadə

Dostlarla Paylaş ↓

You may also like...